İnsanlar sağlam qidalanmaq istəyir - MÜSAHİBƏ

18 Fevral 2022 17:21 (UTC+04:00)

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın SİA-ya müsahibəsini təqdim edirik:

- Sağlam qidalanma dedikdə nə nəzərdə tutulur və bu yöndə hansı işlər görülməlidir?

- Həqiqətən də bu gün sağlam qidalanma sanki dəb halını alıb. Amma bunun əsas səbəblərindən biri bazarda qeyri sağlam qidaların çoxalması və qida çeşidinin günü-gündən artmasıdır.

Ümumiyyətlə, bu gün sağlam qidalanma çətin deyil. Sadəcə olaraq daha çox məlumat əldə etmək lazımdır və özləri üçün ən azından gündəlik istehlak edəcəyi məhsulları hansı markalardan və gündəlik onu hardan necə alacağı və nə qədər istifadə edəcəyi çox önəmlidir. Bunu bütün məhsullara aid edə bilərəm.

- Sağlam arıqlama necə olmalıdır? İdman etməklə yoxsa dieta saxlamaqla olmalıdır?

- Ümumiyyətlə, arıqlamaq üçün hər hansı bir xəstəliyi yoxdursa elə dieta saxlamaq özü bir xəstəlikdir. Psixoloji xəstəliklərdən biridir. Çünki insan daima "onu yeməyəcəm" və yaxud "ondan az yeyəcəm" deyə bu şəkildə düşünürsə o heç vaxt arıqlaya bilməyəcək və psixoloji cəhətdən daima yemək düşündüyü üçün o özünü daima ac hiss edəcək. Yaxşı olar ki, əgər normal çəkimizi saxlamaq istəyiriksə biz ömrümüz boyu davam etdirə biləcəyimiz qida rasionundan istifadə edərək çəkimizi normada saxlamalıyıq. Hər hansı bir qidanı rasionumuzdan tamamən çıxardaraq və yaxud illərlə sevdiyimiz qidanı. Məsələn, bəziləri deyir ki, "mən tortu çox sevirəm amma dietadayam yemirəm". Bu ona çox pis təsir edəcək və gələcəkdə xəstəliklərlə üzləşəcək. Müəyyən müddət ətdən istifadə edib sonra dieta saxlayıb ət yemirsə o da gələcəkdə müəyyən xəstəliklərlə üzləşəcəkdir. Ona görə də yaxşı olar ki, gündəlik balanslaşdırılmış qida rejiminə əməl etsinlər.

- Qarışıq qidalanmaq nə dərəcədə düzgündür?

-Ümumiyyətlə, qidanın tərkibini götürsək karbohidratlar, zülallar, yağlar, vitamin minerallar və su olaraq qəbul edirik ki, bunların hər biri müəyyən miqdarda orqanizmə gün ərzində lazımdır. Ancaq bəzi hallarda istisna hallar təşkil edir. Bu həmin insanın gündəlik fiziki aktivliyi və iş rejiminə görə dəyişə bilər. Əgər ağır fiziki işdə çalışırsa, qəbul etdiyi qidanı daha çox enerjiyə çevirirsə bu zaman o daha çox kalori qəbul edə bilər. Ancaq oturaq həyat rejimində çalışırsa və bunu işini gördüyündən nə gəldi, necə gəldi yeyirsə bu artıq zərərlidir. Çünki əgər biz karbohidrat qəbul ediriksə onun yanında zülallı digər qidaları da qəbul etməliyik.

-Yeməkdən sonra meyvə yedikdə mədədə nə baş verir?

-Ümumiyyətlə, yeməkdən dərhal sonra meyvə yemək düzgün hesab olunmur. Çünki yeməkdən aldığımız faydalı elementlər artıq həzm olunub qana keçdiyi müddətdə meyvənin tərkibində olan frukdoza var ki, o dərhal qida elementlərini məhv edir. Ona görə də yaxşı olar ki, yeməkdən 1 saat yarım-2 saat sonra meyvə qəbul etsinlər. Ümumiyyətlə, şirin meyvələri günün birinci yarısında, sitrus meyvələrini isə ikinci yarısında və daha çox ət yeməkləri ilə qəbul edilsin.

Turş meyvələri axşam yemək məsləhət görülmür. Bu səhərə qədər mədə turşuluğunun artmasına və həzm prosesinin pozulmasına gətirib çıxardır.

-Qırmızı soğanın orqanizmə hansı faydaları var?

-Ümumiyyətlə, soğan və sarımsaq güclü antioksidantdır. Bunlar bədəndə təbii antibiotik rolunu oynayır. Soğan və sarımsaq bədəndə olan zərərli mikrobların ölməsinə səbəb olur ki, mütəmadi olaraq istifadə olunması yaxşı olar.

Bundan başqa da C vitamini ilə zəngindir ki, bu vitamin də immunitet sistemini gücləndirir.

Ayşən Vəli