"Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qəhrəman Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində tarixi Zəfər qazanaraq işğal altında olan torpaqları işğaldan azad etdikdən sonra qarşıda duran əsas vəzifə işğaldan azad olunmuş ərazilərimizdə vətəndaçlarımzın öz ata-baba yurdlarına qayıtmaları üçün şərait yaradılmasıdır. Bu məqsədlə cənab Prezidentin tapşırıqlarına əsasən azad olunmuş ərazilərdə geniş miqyaslı tikinti- quruculuq və bərpa işləri həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında deputat Rauf Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva 13-14 fevral 2022-ci il tarixində Ağdam və Ağcəbədi rayonunda səfərdə olublar: "Səfər zamanı cənab Prezident və Birinci Xanım çox əhəmiyyətli infrastruktur obyektlərinin açlışında və təməlqoyma mərasimlərində iştirak ediblər. İstifadəyə verilən “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində Ağdam rayunu elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin olunacaqdır. Altı evdən ibarət yaşayış kompleksi, 210 çarpayılıq Ağdam Mərkəzi Şəhər Xəstəxanasının, “Park Rorest Otel Ağdam” mehmanxanasının təmlqoyma mərasimi küçirilmişdir. Min nəfər şagird yeri olan məltəb binası tikilir. Ağdama qaz xətlərinin şkilməsi, içməli su ilə təchizat msələləri müvafiq İnvestisiya Proqramında nəzərdə tutulmuşdur. Ağdam rayonunun bərpası ilə bağlı həyata keçirilən kompleks tədbirlər qısa müddət ərzində rayonun yenidən qurulmasına imkan yaradacaq. 190 hektar ərazidə qurulacaq Ağdam Sənaye Parkı təkcə bu rayonun deyil, ətraf rayonların da inkişafına imkan yaradacaq. Sənaye Parkında iki müəssisəsənin təməli qoyulmuşdur".
Deputat sözlərinə belə davam edib: "Azərbaycanın elektroenergetika tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur elektrik şəbəkəsinin Regional Rəqəmsal İdarəetmə Mərkəzi məhz Ağdamda yaradılıb. Bu Mərkəz vasitəsilə regiondakı bütün elektrik stansiyaları, yarımstansiyalar, ötürmə xətlərinin monitorinqi, açılıb-qoşulmalar, tənzimləmələr və başqa əməliyyatlar avtomatik şəkildə həyata keçirilməsinə imkan yaradır.
Cənab Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva Ağcəbədi rayonunda ümumi sahəsi 3 min hektar olan “Ağcəbədi taxıl Aqropark”da yaradılmış şəraitlə tanış olmuşlar. Ümumi dəyəri 35 milyon manat olan aqroparkın yaradılmasına 9,8 milyon manat məbləğində güzəştli kredit verilib. Burda 41-i daimi olmaqla 150 iş yeri yardılıb. Rayonda yenidən qurulan 110/35/10 kilovoltluq yarımstansiya, Daxili işlər nazirliyi Daxili Qoşunlarının yeni inşa olunmuş hərbi şəhərciy, Afşar-Salmanbəyli-Aşağı Afşar-Xocavənd avtomomil yolu istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə sürətlə həyata keçirilən geniş miqyaslı tikinti-quruculuq və bərpa işlər, həyata keçirilən sosial infrastruktur layihələri deməyə əsas verir ki, vətəndaşlarımızın yaxın vaxtlarda öz ata-baba yurdlarına qayıtması təmin olunacaqdır".
Ayşən Vəli