Xarici səyyahlar Zəngilanın Ağalı kəndində olub

18 Fevral 2022 08:49 (UTC+04:00)

İşğaldan azad edilmiş ərazilərdə səfərdə olan dünya şöhrətli səyyahlar Zəngilan rayonuna səfər çərçivəsində Ağalı kəndində gediblər.

SİA-nın yerli bürosunun xəbərinə görə, onlar ağıllı kənd layihəsinin inşası ilə tanış olublar.

Qeyd edək ki, bu gün səyyahların bölgəyə səfərinin sonuncu günüdür. Onlar Füzuli rayonundan sonra Bakıya yola düşəcəklər.