Əfqanıstanda xilasedicilər quyuya düşən uşağı xilas etməyə çalışırlar

18 Fevral 2022 04:47 (UTC+04:00)

Xilasedicilər Əfqanıstanın Zabul vilayətində quyuya düşən oğlanı çıxartmağa çalışırlar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə "BBC News" televiziya kanalının saytında bildirilib.

Oğlan iki gündü ki oradadır. Fevralın 15-dən uşağın vəziyyətinin pisləşdiyi bildirilib.

Yerli məmur bildirib ki, xilasedicilər uşağa çatmaq üçün tunel qazırlar və onu çıxarmağa yaxındırlar.