"Ottavada etirazlara son qoymağın vaxtı çatıb"

18 Fevral 2022 01:37 (UTC+04:00)

Kanadanın paytaxtı Ottavada təxminən üç həftədir davam edən COVID-19-a qarşı hökumət tədbirlərinə qarşı etirazları dayandırmağın vaxtı çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ölkənin baş naziri Castin Trüdo bildirib.

"Onlar (nümayişçilər) iqtisadiyyatımız və ticarət tərəfdaşlarımızla münasibətlərimiz üçün təhlükədir. Onlar ictimai təhlükəsizliyə təhdiddir", - deyə C.Trüdo əlavə edib.