“Twitter”in işində nasazlıqlar yaranıb

18 Fevral 2022 00:10 (UTC+04:00)

Bir neçə ölkədən olan "Twitter" istifadəçiləri sosial şəbəkənin işində fasilələrdən şikayətlənib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə "Downdetector" portalı bildirib.

Məlumata əsasən, nasazlıqlar təkcə Rusiyada, ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Almaniyada müşahidə olunub.

İstifadəçilərin əksəriyyəti (89%) veb-saytın işində, digərləri tətbiqin işində və serverə qoşulduqda səhvlər baş verdiyini bildirdi.