Bakı Dövlət Universiteti (BDU) universitet əməkdaşları arasında 27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş “İlin alimi” müsabiqəsi elan edib. SİA xəbər verir ki, müsabiqənin məqsədi il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan BDU əməkdaşlarının mükafatlandırılmasıdır.
Müsabiqə qalibləri aşağıdakı nominasiyalar üzrə “İlin alimi” adı alacaq, diplom və pul mükafatları ilə təltif olunacaqlar:
1-ci yer:
Təbiət elmləri və dəqiq elmlər üzrə – 1 nəfər (2 500 manat);
Humanitar və ictimai elmlər üzrə – 1 nəfər (2 500 manat).
2-ci yer:
Təbiət elmləri və dəqiq elmlər üzrə – 1 nəfər (1 500 manat);
Humanitar və ictimai elmlər üzrə – 1 nəfər (1 500 manat).
3-ci yer:
Təbiət elmləri və dəqiq elmlər üzrə – 1 nəfər (1 000 manat);
Humanitar və ictimai elmlər üzrə – 1 nəfər (1 000 manat).
Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu martın 15-i saat 17:00-dək aparılacaq. İddiaçılar müsabiqədə iştirakla bağlı sənədləri və digər müşayiətedici materialları (“Müsabiqənin meyarları” bölməsində göstərilmiş materiallar elektron formada) [email protected] ünvanına təqdim etməlidirlər.
Müsabiqədə yalnız BDU-nun əməkdaşları fərdi şəkildə iştirak edə bilərlər.
Əlavə məlumat üçün: http://bsu.edu.az/az/news/bdu_mkdalar_arasnda_lin_alimi_nominasiyas_zr_msabiq