Bu günlərdə Suqovuşandan çıxaraq Kəlbəcərə doğru istiqamət alan Azərbaycan Ordusuna məxsus hərbi kalonun və inşaat materialları daşıyan yük maşınlarının Ağdərə-Kəlbəcər yolunun üzərində 200 nəfərə qədər separatçı ermənilər tərəfindən öz avtomobilləri ilə kəsmələri, eləcə də Rusiya sülhməramlılarının yaranmış təxribata rəğmən ermənilərin yolu açmaması hərbi kalonumuzun geriyə - Suqovuşana dönməsi ilə nəticələndi. Və diqqətçəkən məsələ budur ki, bənzər hadisə artıq bir neçə dəfə yaşanıb. Təxminən 8-9 gün öncə də kalonlarımızın qarşısı erməni separatçıları tərəfindən kəsilmişdi. O cümlədən, Laçın dəhlizi istiqamətində isə erməni separatçısı hərbçilərimizə qarşı silahdan istifadə etməyə cəhd göstərmişdi. Bütün bu kimi hadisələrin qarşısının alınması üçün isə yeganə vasitə yolu qalır və bu vasitənin nədən ibarət olduğu hər kəsə gün kimi bəllidir.
Bu barədə yazının sonunda qeyd edəcəyik
Lakin bütün bu kimi olaylar fonunda Qarabağdakı erməni separatçılarının gah özlərinə məxsus “təhdid” dilləri ilə gülünc bəyanatlar səsləndirmələri, gah Rusiya sülhməramlılarının arxalarından “barmaq silkələmələri”, gah da utopik xəyallara dalaraq özlərini Abxaziya, Cənubi Osetiya, “DNR”, “LNR” separatçıları ilə bir tutmaları suallar yaradır, özü də çox ciddi suallar!
Həyasızlaşmış erməni separatçılarının saxta “parlamentlərində” Azərbaycanın müharibə yolu ilə azad etdiyi torpaqları ilə yanaşı, digər ərazilərimizi də “işğal olunmuş ərazilər” kimi “tanıması” artıq oxun yaydan çıxması anlamını daşımağa başladıb. Üstəlik, fevral-may aylarında mülki əhalinin atəş hazırlığı təlimlərinə cəlb edilməsi ilə bağlı verilən qərar da belə nəticə hasil edir ki, bu mənfurların ən yumşaq şəkildə ifadə etsək, burunlarının ovulma, başlarının isə əzlimə vaxtları çatıb, özü də təcili!
Əbəs deyil ki, bu gün onların Ermənistandakı havadarları, xüsusilə, revanşist dairələrin əllərində fəaliyyət göstərən KİV-lər “Artsax” adlı saxta “qurumun” Rusiya tərəfindən tanınması ətrafında müzakirələr açırlar, Qarabağda yaşayan ermənilərə Rusiya pasprotlarının verilməsi ətrafında diskusiyalar keçirirlər. SİA buna misal olaraq “Armenianreport” saytında “Artsaxın Abxaziyadan, Cənubi Osetiyadan, “DNR”dən, “LNR”dən nə ilə fərqlənir?” başlıqlı yazıdakı sərsəm fikirləri diqqətə çatdırır. SİTAT: “Fərq ondadır ki, həmin “respublikalardan” fərqli olaraq orada (yəni Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdə-R.R.) rus pasportlarını kütləvi şəkildə paylamayıblar. Digər məsələlərdə isə Rusiya “Artsaxın” müstəqilliyini çoxdan tanıya bilərdi. Onun bu addımı həyata keçirməsi üçün 25 il vaxtı var idi... Ancaq Rusiya bu illər ərzində öz pasportlarını “Artsaxda” paylamadı. O, “Artsaxın” müstəqilliyini tanımadı. O, müharibənin ilk günlərindəcə həmin addıma getmədi...”
Təbii ki, adıçəkilən erməni saytı burada “Azərbaycan-Türkiyə-Pakistan ordularının” sübuta yetirilməyən birgə “hərbi əməliyyatları” və Yaxın Şərq “terrorçularının” balaca “Artsaxı” necə əzmələri barədə saxta “məzlumkeşliyi”, “əzabkeşliyi” haqqında da başına-dizinə döyərək yazmağı unutmayıb. Axı bu cür şivənçiliklərlə gündəmdə qalmaq onların köhnə şakərləridir!
Beləliklə, göründüyü kimi, separatçılar 30 ildir onlara havadarlıq edən Ermənistanın onları tanımamasını bir kənara qoyub, indi də Rusiyanı ortaya atırlar və bu faktın özü də əsl erməni həyasızlığının maksimal göstəricilərindən biri kimi qiymətləndirilə bilər. Onlar iddia edirlər ki, guya Rusiya bu addımı atsaydı, sən demə, müharibə-filan da olmayacaqmış və s.
Yalnız bütün bunlar sadəcə və sadəcə ölüm ayağında olan tanınmayan bir quldur, terrorçu rejimin hay-haraylarıdır, ölüm hayqırtılarıdır və söz yox ki, onun son vaxtları çatıb, sadəcə, həmin sonluğa birdəfəlik nöqtə qoymaq üçün cəmi bircə addım qalıb. Bəs nədir həmin addım?
1. Azərbaycan ərazisində mövcud olan terrorçularla və qanunsuz silahlılarla heç bir danışıqlara gedilməməli, onların rəy və tələbləri birmənalı olaraq rədd edilməlidir!
2. Onların istənilən cinayət tərkibli əməllərinə onqat cavab verilməlidir.
Azərbaycan respublikasının ərazisində olan İstənilən silahlı və ya silahsız quldur heç bir xəbərdarlıq edilmədən məhv olunmalıdır!
3. Suveren ərazilərimizdə təhdid yaradan istənilən separatçı - quldur dayaq nöqtələri, istehkamları, səngərləri nöqtə zərbələri endirilməklə dağıdılmalı, texnikaları məhv edilməlidir!
4. Əlinə silah alaraq Azərbaycan hərbçisini, mülkisini hədəf seçən hər bir erməni qulduru bilməlidir ki, onu yalnız ölüm gözləyir və bu qorxu onda olmalıdır!
Nəticə: Separatçı-quldurlara nə qədər humanist davranılırsa, onlar daha da azğınlaşır, quduzlaşır və həyasızlaşırlar. Çıxış yolu yalnız budur!