Ukraynada klip çəkdirdi

17 Fevral 2022 11:35 (UTC+04:00)

Məşhur türk sima Bülent Serttaş "Ağlıma Gəldiyində" adlı yeni mahnısına Ukraynada klip çəkdirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, 2021-ci il Miss Ukrayna gözəli Litvin Marina ilə kamera qarşısına keçib.

Klipin rejissorluğunu həyat yoldaşı Selvi Serttaş edib. Bülent Serttaş, "Ukraynaya enən kimi atdığımız hər addımdan xəbərdar olan səfirimiz Əhməd Yağmur Güldere və Rivne Opera Teatrını mənim üçün xüsusi hazırlayan Rivne valisi Vitali Kovala təşəkkür edirəm" dedi.

Ayşən Vəli