ABŞ-lı reper Kanye Uest 8 illik həyat yoldaşı, 4 uşaq anası Kim Kardaşyanla boşanma prosesi zamanı Culiya Foksla münasibətdə olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, 2 ay davam edən münasibət bu yaxınlarda bitib.
Lakin Kanyenin sosial şəbəkələrdəki paylaşımları səbəbindən getdikcə daha xoşagəlməz hala gələn boşanma prosesində Culiya Foksun adı dünya mətbuatında da tez-tez hallanırdı. Daha əvvəl heç kimin tanımadığı Culiya Foks bu boşanma prosesindən ən çox qazanan ad oldu.
Ayşən Vəli