Somalinin paytaxtı Moqadişoda silsilə partlayışlar baş verib.
SİA xəbər verir ki, bu barədə Somali Daxili İşlər Nazirliyi məlumat yayıb.
Partlayışlar nəticəsində azı 5 nəfər həlak olub, daha 16 sakin yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.