“Baby Shark” əsasında film çəkiləcək

17 Fevral 2022 03:12 (UTC+04:00)

"Paramount Plus” yayım xidməti “Baby Shark” klipinin motivləri əsasında bədii film çəkəcək.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, uşaqlar üçün çəkilmiş eyniadlı video Youtube tarixində 10 milyard baxışı keçən ilk klipdir.

Film 2023-cü ildə tam ekranlaşdırılacaq. Bədii film “Nickelodeon Animation” və “Pinkfong” şirkəti tərəfindən istehsal olunacaq. Digər təfərrüatlar hələlik məlum deyil.