Türkiyədə son gündə COVID-19-dan 271 nəfər ölüb

16 Fevral 2022 23:15 (UTC+04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 271 nəfər ölüb.

SİA-nın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 463 min 241 nəfərin test edildiyi, 94 min 176 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 104 min 409 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.