Ərdoğan vətəndaşları TURKOVAC ilə peyvənd olmağa çağırıb

16 Fevral 2022 22:12 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan peyvənd olunmayan vətəndaşlara Türkiyə istehsalı olan TURKOVAC vaksinini tövsiyə edib.

SIA xəbər verir ki, o, bu barədə Nazirlər Kabinetinin iclasından sonra çıxış edərkən deyib.

Dövlət başçısı peyvənd olunmanın qısa bir zamanda pandemiyanın bitməsinə dəstək verəcəyini vurğulayıb.