Bildiyimiz kimi insanlar gənc qalmaq üçün bir çox kremlərdən, maskalardan istifadə edirlər. Bəs, gənc qalmağın ən asan üsulu hansıdır? SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, aparılan müxtəlif araşdırmalar nəticəsində gənc qalmağın 5 asan üsulu müəyyən edilib.
1. Gündə 10 dəqiqə idman edin. Qısa məsafəyə qaçın.
2. Yaxşı qidalanma ilə əksər xəstəliklərin səbəbi olan bədən iltihabını azaldın.
3. Ət və süd məhsullarını azaldın.
4. Stresdən uzaq olun.
5. İdeal çəkinizi qoruyun.
Leyla Həsənəliyeva