5 min il əvvəldən qalan insan sümüyü tapdı

16 Fevral 2022 15:25 (UTC+04:00)

İngiltərənin paytaxtı Londondan keçən Temza (Thames) çayında avar çəkməyə gedən bir adam 5 min il əvvəldən qalan insan sümüyü tapıb.

SİA xəbər verir ki, BBC xəbərində yazılana görə, Saymon Hant (Simon Hunt) Temzada avar çəkərkən çay yatağında insan bud sümüyü taparaq onu polisə gətirib. Polis sümüyü laboratoriya testi üçün göndərib.

Araşdırma aparan mütəxəssislər sümüyün yaşının miladdan əvvəl 3516-3365 arası dövrünə aid edib. Bu həm İngiltərədə e.ə. 3000-ci illərdə tapılan və Londonun 130 kilometr qərbində yerləşən Stounhenc (Stonehenge), həm də Misirdəki Qiza piramidalarından daha yaşlı mənasını verir.

Alimlər sümüyün aid olduğu adamın boyunun təxminən 170 santimetr olduğunu təxmin edib, ancaq onun kişi, ya qadın olduğunu söyləmənin mümkün olmadığını bildirib.

Xatırladaq ki, Temza çayı sahilində 2019-cu ildə Neolitik dövrdən qaldığı sanılan kəllə parçası da tapılmışdı. Çayın sahilində, palçıqlıq sahədə olan alın sümüyünün təxminən 5600 il əvvəldən qaldığı güman edilir.