Apteklərdən 58 adda dərman müsadirə olunub

16 Fevral 2022 13:11 (UTC+04:00)

Bakı şəhəri üzrə - 22, digər rayonlar üzrə 8 aptek olmaqla 30 aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirilib.

Bu barədə SİA-ya Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, müsadirə edilmiş qeydiyyatsız və sertifikatsız dərman vasitələrinin sayı 58 adda, 90.4 qutu təşkil edib və İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 451, 452.1, 452.3 maddələri üzrə 19 protokol tərtib edilib.