Rihanna müğənniliyini ikinci plana atdı

16 Fevral 2022 12:46 (UTC+04:00)

Alt paltarı karyerasına üstünlük verdiyi üçün musiqini arxa plana keçirən məşhur xarici müğənni Rihanna son albomunu 6 il əvvəl çıxarıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, keçən il yeni alboma hazırlaşdığı açıqlaması ilə pərəstişkarlarını sevindirmişdi. Lakin müğənninin hamiləliyi albomun yenidən ləngiyəcəyi ilə bağlı iddialara səbəb olub. Rihanna albom üçün hazırlıqların davam etdiyini bildirib.

Ayşən Vəli