Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin ADA Universiteti ilə əməkdaşlığı çərçivəsində 18 fevral 2022-ci il tarixində ADA Universitetində “Bugün və gələcək üçün təhlükə: Yeni sintetik narkotiklər və psixoaktiv maddələr” mövzusunda Gənclər üçün təlim keçiriləcək. SİA-nın məlumatına görə, təlimdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, Avropa Toksikoloqlar və Toksikoloji Mərkəz Assosiassiyasının üzvü, t.f.d., dosent İsmayıl Əfəndiyev yeni sintetik narkotiklər, psixoaktiv maddələrin növləri, onların insan orqanizmində yaratdığı fəsadlar və bu təhlükələrlə mübarizə yolları barədə çıxış edəcək.