Türkiyədə ötən gün koronavirusa 94 730 yoluxma halı qeydə alınıb

16 Fevral 2022 07:57 (UTC+04:00)

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) 309 nəfər vəfat edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 461 955 nəfər test edilib, 94 730 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 102 673 nəfər sağalıb.