Türk kinosu 72-ci Berlin Film Festivalında tanıtıdı

15 Fevral 2022 23:26 (UTC+04:00)

72-ci Beynəlxalq Berlin Film Festivalında Türkiyə Radio və Televiziya Qurumunun (TRT) birgə istehsalı olan, rejissor Maryna Er Qorbaxın çəkdiyi “Klondayk” filminin Avropa premyerası keçirilib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

“Berlinale”nin panorama bölməsində nümayiş olunan “Klondayk” filminin rejissoru Qorbax və aktyorlar “Zoopalast” kinoteatrındakı premyeradan əvvəl qırmızı xalçadan keçiblər. Maryna Private Qorbax burada verdiyi açıqlamada filmi ilk dəfə tamaşaçılarla birlikdə izləyəcəklərini bildirib və bunun aktual film olduğunu qeyd edib.

Filmin ortaq prodüseri olan Mehmet Bahadır Ər də Klondaykın premyerasını ABŞ-dakı Sundance Film Festivalında etdiyini və mükafatla qayıtdığını bildirib. Berlində isə ilk dəfə tamaşaçılarla görüşdüyünü ifadə edən Ər filmin Ukraynanın səsi olması baxımından önəmli olduğunu vurğulayıb.

Ukrayna-Türkiyə birgə istehsalı olan “Klondayk” 20-30 yanvar tarixlərində onlayn keçirilən Sundance Film Festivalının əsas müsabiqə bölməsində göstərilib və “Ən yaxşı rejissor” mükafatını qazanıb.