Bildiyiniz kimi son dövrlərdə sosial şəbəkələrdə öz başınalıq hallarının sayı durmadan artmaqdadır. Bəzi ekspertlərin fikirlərinə görə bu kimi halların qarşısının alınması üçün sosial şəbəkələrə dövlət nəzarət etməli və eyni zamanda etik normaları və istifadəçi qaydalarını pozan şəxslərə müəyyən cəzalar tətbiq olunmalıdır. Mözvu ilə əlaqədar olaraq SİA-a paytaxt sakinləri arasında sorğu keçirib. Görək, onlar bu məsələ barədə nələr düşünürlər?

Şəhər sakini Heydər Rüstəmli: “Məncə, belə bir qərar verilməlidir. Çünki sosial şəbəkələrdə insanlar qanun pozuntularına və tərbiyəsizliyə yol verirlər. Bunun qarşısını almaq üçün dövlət ciddi şəkildə nəzarət etməlidir. Eyni zamanda kimsə hər hansısa bir qanun pozuntusuna yol verərsə, ona müəyyən cəzalar verilməlidir. Əgər belə cəzalar tətbiq olunarsa digərləri başqalarından ibrət götürərək belə səhvlərə yol verməzlər”.

Şəhər sakini Elxan Əfəndiyev: “Düşünürəm ki, sosial şəbəkələrə nəzarət nə çox güclü olmalıdır, nə də ki, çox boş buraxılmalıdır. Yəni normal qaydada riyaət olunsa kifayətdir. Çünki çox ciddi nəzarət olduğu halda artıq insanlar öz normal fikirlərini belə deməkdən qorxacaqlar. Eyni zamanda da, insanların sosial şəbəkələrdə qeyri-etik ifadələrdən istifadə edirlər, bax bunun qarşısı alınmalıdır”.

Şəhər sakini Əşrəf Yəhyayev: “Elə zənn edirəm ki, sosial şəbəkələrin dövlət nəzarətinə verilməsi çox absurd bir hadisə olar. Çünki onsuz da, dövlət internet platformalarına nəzarət edir və edəcək. Ona görə bunu açəıq və aydın şəkildə elan etməyə ehtiyac yoxdur”.

Şəhər sakini Mirzə Mirzəyev: “Sosial şəbəkələrə dövlətin nəzarət etməsi, bir növ insanların fikir azadlıqlarının əlindən alınması deməkdir. Çünki insanların özünün müstəqil internet hesabları var. Onlar burada öz istədikləri fikirləri və fotoları paylaşırlar. Artıq bu kimi platformalar dövlət nəzarətinə keçsə, biz bu kimi paylaşımları edə bilməyəciyik”.

Şəhər sakini Rafiq Hacılı: “Mənə görə belə bir qərar qəbul olunmamalıdır. Çünki bütün dnüya dövlətlərində sosial şəbəkələr azad bir platformalardır və onlara heç bir dövlət nəzarəti olunmur. Düşünürəm ki, bizdə də, belə bir şey olmasa çox yaxşı olar”.

Şəhər sakini Leyla Fətəliyeva: “Sosial şəbəkələrin dövlət nəzarətinə verilsə çox yaxşı olar. Bildiyiniz kimi sosial şəbəkələrdə insanlar bir-birinə qeyri-etik sözlərdən istifadə edirlər. Həmçinin sosial şəbəkələr üzərindən insna alveri edirlər. Bunların hər biri xoşa gəlməz bir haldır. Ona görə də, düşünürəm ki, sosial şəbəkələrə ciddi nəarət olunsa, bu kimi məsələlər aradan qalxar”.

Şəhər sakini Əlikram Xankişiyev: “Bəzi ümummilli məsələlər var ki, həmin mövzular internetdə paylaşıldığı zaman dövlət buna nəzarət etməlidir. Eyni zamanda müxalif yönümlü çıxışlar, məsələlər, dezinformasiylar internetdə yayımlandığı halda bu kimi halllar dövlət tərəfindən qarşısı alınmalıdır. Lakin mən öz şəxsi həyatımla bağlı hər hansısa bir paylaşım edib, izləyicilərimlə bölüşürəmsə buna heç bir məhdudiyyət qoyulmamalıdır”.
Şəhər sakini Şəlalə Şeydayeva: “ Düşünürəm ki, bir çox məsələlərlə yanaşı bir insanın saxta profil aça bilməsinə icazə verilməməlidir. Bilirsiz ki, belə profillər “fake” hesablar adlanır. Fikrimcə, dövlət bu kimi məsələlərə önəm verməli və qarşısı alınmalıdır. Lakin kimsə fikir bildiribsə, təbii ki, normal və etik çərçivələr içərisində olan bir düşüncədən söhbət gedir. Həmin fikirlər və rəylərin qarşısı alınmamlıdır”.