Mədəniyyət qadına, yoxsa kişiyə lazımdır? - ARAŞDIRMA

15 Fevral 2022 16:21 (UTC+04:00)

Uşaqlarımızın, həyat yoldaşımızın, tərəfdaşlarımızın hər zaman yaxşı və ədəbli insan olmasını istəyirik. Yaxşı bəs, kimdir ədəbli insan? Ədəbli insanın xüsusiyyətləri hansılardır? Yaxud biz insanlara necə davranmalıyıq ki, onlar arzu olunan davranışları göstərsinlər? Əxlaq və ədəb nədir?

“Əxlaq qəlbdə olanın zahiri əksidir. Hər kəs öz davranışları ilə fitrətində gizlənən xüsusiyyət və qabiliyyətləri ortaya qoyur. İnsan davranışını istiqamətləndirən mərkəz ürəkdir. İnsanın dili, əli, gözü, qulağı, ayağı və digər orqanları özbaşına heç bir iş görmür. İnsanın öz iradəsi ilə gördüyü bütün işlər qəlbin (vicdanın) əmri və göstərişi ilə edilir. Görülən hər bir iş qəlbin meylini, məhəbbətini, iradə gücünü, üstünlüklərini və ağıl səviyyəsini göstərir. Həqiqi mömin qəlbini bir olan Allaha bağlamışdır. Onun yeganə məqsədi Allahın razılığıdır. Ləyaqətli insanın bütün əməlləri, namazları, rəftarları, hərəkətləri gözəldir. Onunla bağlı hər şey təmizdir. Onun sevgisi hər şeyi əhatə edir. Ləyaqətli möminin Uca Allahdan aldığı tərbiyə həyatının hər mərhələsində özünü göstərir. Bu tərbiyədə onun qəzəbi, davası da sevgisi, dostluğu qədər yaxşıdır. Çünki onun qəzəbi Allahadır. İnsanın həqiqi istiqaməti, yetkinliyi dar və çətin məqamlarda özünü büruzə verir. O insanın haqsızlığa qarşı mübarizəsini, davranışını görmədən onun haqqında yaxşı və ya pis deməməlidir.

Ləyaqətli insan özünü müdafiə edərkən düşməninə haqsızlıq etməz. Pis insan səhv etdiyi zaman özünə haqq qazandırmağa çalışır. O, zalım olsa da, özünü zülmə məruz qoyur. Bir alsa, min istəyər. Susacağı yerdə qışqırır. Pis bir insana dost və ya düşmən olmaq çətindir. Onunla heç bir şeyin dadı-duzu yoxdur.

Bəziləri zahirən gözəl amma içi boşdur. Bu insanlar insanların gördüklərinə çox əhəmiyyət verirlər, amma işin əsas hissəsinə etinasız yanaşırlar.

Ədəb əxlaqi davranış nümayiş etdirmək, gözəl əxlaqa malik olmaq deməkdir. Bu, o deməkdir ki, ləyaqətli insanın gördüyü və edəcəkləri ilə bağlı ümumbəşəri əxlaqi dəyərlərə uyğun davranışları var.

Ədəbli bir insanın xüsusiyyətləri hansılardır?

1. Yalan danışmamaq və başqalarına böhtan atmamaq

2. Qeybət etməmək

3. Utanma hissinin olmaması, utancverici işlərdən və başqalarını utandıracaq davranışlardan qaçınmaq

4. Heyvanlara, insanlara və bitkilərə, bir sözlə kainata sevgi və şəfqətlə baxa bilmək

5. Böyüklərə hörmət etməmək

6. Qohumların ziyarətinə laqeyd qalmamaq

7. Başqasının malına, puluna, iffətinə və namusuna tamah salmamaq

8. Öz azadlığını başqalarının azadlığını məhdudlaşdırmayacaq şəkildə yaşamaq

9. Öz yerini bilmək

10. Çox və boş danışmaqdan çəkinmək. Az və yığcam danışmağa üstünlük vermək

11. Qısqanclıq, kin, nifrət və ürək bulanmasından çəkinmək

12. Kobud olmamaq, iki nəfəri incidəcək hərəkətlər etməmək

13. Ədalət axtarmaq. Ədalətli olanın tərəfini tutmaq

14. İnsanları narahat etməmək. Küsmüşləri barışdırmağa çalışmaq

15. Düzgün və gözəl olanı söyləmək

16. Gözəl əxlaq sahibi olmaq və başqalarına nümunə olmaq

17. Ləyaqətli adamın da elə bir xüsusiyyəti var ki, o, bunu sadəcə söyləmir, ədəbi davranışında əks etdirir.

SİA məsələ ilə bağlı araşdırma apararaq ekspertlərin, sosioloqların, psixoloqların və din xadimlərinin fikirlərini öyrənib.

Etika Akademiyasının rəhbəri Günel İbrahim: “Əsl xanım olmaq üçün aristokrat ailədə doğulmaq və ya böyük sərvətə sahib olmaq şərt deyil. Mədəni insan olmaq, geniş dünyagörüşünə malik olmaq və istənilən mövzuda danışıq apara bilmək daha çox vacibdir. “Xanım” olmaq ədəb-ərkanın, yaxşı tərbiyənin, xeyirxahlığın olduğunu göstərmək deməkdir. Nitq şəxsiyyətin əksidir.

Gözəl xanım gözəl zərif nitqi ilə seçilir. Ədəbsiz sözlər və kobudluğun gözəlliyə mənfi təsirindən danışmağa dəyərmi?!

Başqalarına münasibət daxili gözəlliyin göstəricisidir. Gözəl ruh olmadan heç vaxt gözəl sima olmaz. Başqalarına qarşı mehribanlıq, təvazökarlıq, saflıq, səmimiyyət və dürüstlük qədər heç bir şey xanımı bəzəyə bilməz.

Ağıl və müdriklik, zəka və təhsil isə hər hansı bir almazdan daha yaxşı bəzəyir, saxta xanımlardan dərshal seçir. Təhsil bütün zamanlarda kübar xanımının gözəlliyidir.

Üslub, ədəb və duyarlılıq kübarlığın üç sütunudur.

İctimai yerlərdə sakit danışmağı və davranmağı öyrənməlidir. Kübar xanım yüksək səslə danışmır, yüksək səslə gülmür, həmsöhbətlərlə kübarlığına uyğun gələn layiqli mövzuları müzakirə edə bilir. Ya donlara, ya da bluzlu yubkalara üstünlük verərək klassik geyim tərzinə riayət edir. Bəzən çox dar olmayan şalvar kostyumu geyinir.

Kübar xanımların qüsursuz davranışları var, onlar masa arxasında necə davranmağı, müəyyən həmsöhbətlərlə düzgün danışmağı bilirlər. Belə xanım kitab oxuyur. İntelektual məqalələr oxuyur. Daim şikayət edən xanım kübar görünmür.

İnsanlarla mehriban davranmağa çalışın və qarşılığında siz də eyni şeyi alacaqsınız. Bu, adət halına gətirməli olan nəzakətə doğru ilk addımdır.

Kübarxanım qarderob seçimində əsas qaydalar səliqəlilik və xoş zövqdür. Geyindiyiniz əşyaların qiyməti önəmli deyil. Əsas odur ki, onlar bir-biri ilə ahəngdir və gözə çarpmır. Moda tarixini öyrənmək və jurnallarına abunə olmaq sizə nəyi bəyəndiyinizi anlamağa və öz üslub duyğunuzu inkişaf etdirməyə kömək edəcək.

Saçınızı və manikürünüzü mütləq səliqəli saxlayın: saç və ya dırnaqlar səliqəsiz görünürsə, bu, bütün görünüşü korlayır. Digər əsas qayda uyğunluqdur. Parlaq bir makiyaj ziyafətə, gündəlik ofis üçün , makiyajsız isə idman və dənizkənarı üçün haldır.

Axırıncı pulu bahalı markalı əşyaya xərcləmək lazım deyil. Saxta nüsxə mütləq fərq ediləcək və yaxşı təəssürat yaratmayacaqsınız.

Sərfəli qiymət aralığında şık və keyfiyyətli əşyalar seçmək daha yaxşıdır.

Kübar xanım özündən bir ölçü böyük və ya kiçik paltarda, havaya uyğun olmayan geyinmiş və üsluba uyğun olmayan geyimdə olmur. Əhəmiyyətli bir kübarlıq həmişə qamətinizi, duruşunuzu saxlamaqdır. Duruşunuzu düzəltmək göründüyü qədər çətin deyil. Daimi məşq vacibdir, nəcib xanımı qamətindən asanlıqla tanımaq olar. O, əyilmir, çiyinləri düzəldilmişdir. Amma eyni zamanda, hərəkətlərdə gərginlik, bayağılıq yoxdur. O, zərif və cazibədardır.

Əsl xanım hər zaman sağlamlığının qeydinə qalır. İdmanla məşğul olur, düzgün qidalanır və özünə qulluq edir. Lazım gələrsə, vaxtında mütəxəssislərə baş çəkir.

Qadın özünə qulluq edəndə dərisi mükəmməl görünür. Bundan əlavə, o, xarici görünüşünün güclü və zəif tərəflərini və hansı makiyajın ona uyğun olduğunu və nədən çəkinməli olduğunu bilir.

Təlaş, əsəb, stress, tələskənlik bu kübar xanımın kriteriyaları deyildir. Kübar xanım nitq mədəniyyətinə sahibdir. Sözləri düz tələffüz edir, qarışıq dillərdə danışmır, jarqon ifadələri istifadə etmir. Bunun üçün səsli kitab oxumaq vərdişi gərəklidir, söz ehtiyatını artırır..

İş yerinizi nizamlı saxlamaq vərdişini inkişaf etdirin. Bu, işə diqqətinizi cəmləməyi asanlaşdıracaq. Eyni şey mənzilinizə və avtomobilinizə də aiddir. Kübarlıq bir alilikdir, ziyalılıqdır və dəyərlər sadiqlikdir”.

Psixoloq Zeynəb Əyyubova: “Hər bir xanım öz duruşu, tərzi, həyat fəlsəfəsi ilə seçilməlidir. Mən bir qadın olaraq hər yerdə sakitliyi, ruhumu, həyat tərzimi tənzimləməyi bilməliyəm.

Bir xanım ailəsindən gördüyü ilə qidalanır. Onda buna istinadən kimlik formalaşır. Qadın ilk dərsini ailəsindən alır. Belə bir söz var ki, “doğulduğun ev sənin kimliyindir”.

Ümumiyyətlə, ədəbli insan hər bir halda öz nüfuzunu qoruyan, özünə hörmət edən, meyar olaraq istənilən vəziyyətdə özünü öndə tutan insandır”.

Din xadimi Mircəfər Əyyubov: “Xanımların ədəbli olması belə xarakterizə olunmalıdır ki, xanım və ədəb-ərkan ayrılmaz hissələrdir. Yəni, xanım deyən kimi insanın zehninə incəlik, zəriflik, ədəb-ərkan gəlir. İndi oxucular təəccüblənə bilər ki, “necə yəni kişilər yalnız kobud olur, xanımlar ədəb-ərkanlı?! Bu, nə məntiqdir?! Niyə xanımlar abır-həyaya qısılıb qalmalı, kişilər istədiyini etməlidir?!”.

Bunun səbəbi psixolojidir. Cəmiyyətimizdə o qədər qadınlar özlərini kişi kimi aparır ki, cəmiyyətdə kobudluq qadın-kişi tanımadan o qədər rəvac tapıb ki, təəccüblü gəlir.

Bir kişini ədəbsiz təsəvvür etmək asandır. Problem bir qadını ədəbsiz təsəvvür edə bilməkdədir. Bu, olduqca ağırdır. İslam dininə əsasən əxlaq, əxlaqi dəyərlərə riayət olunan yer mədəniyyət yeridir.

Əgər hər qəzəb vaxtı insanın ədəbi əldən gedəcəksə, zatən bu ədəbsizlikdir. Çünki sakit vaxtı hamı ədəblidir. İndiki xanımlar keçmişin xanımlarına tənqidi yanaşırlar ki, onlar öz hüquqlarını müdafiə etmirlər. Halbuki, keçmiş xanımlar başa düşürdülər ki, xanımlıq kişi kimi meydana atılıb mübarizə aparmaqla alınmır. Onda insan qalib gəlir, amma artıq xanım olmur. Yəni, kişi kimi olur”.

Sosioloq Əhməd Qəşəmoğlu: “O adam, o şəxs, o xalq, o toplum daha mədənidir ki, o öz qarşısına qoyduğu bir məqsəd, göstərdiyi fəaliyyət ətrafda ahəngin artmasına kömək etsin. Əgər onun məqsədi, fəaliyyəti ətrafda ahəngin pozulmasına kömək edirsə ona mədəni demək olmaz. Misal üçün deyək ki, bir nəfər Parisdə yaşayır, çox mədəni sayılır. Birdən iş elə düşdü ki, bizim bir dağ kəndimizə gəldi düşdü. Durub orada elə hərəkət edər ki, bütün ətrafda gərginlik yaranar və yaxud elə bizim kəndlərdə yox, ayrı bir ölkədə ayrı bir ənənəsi, başqa bir adət-ənənəsi olan ölkədə. Ona görə o adama mədəni insan deyərik ki, o insan fəaliyyəti ilə ətrafında daha çox ahəng yaradır, ahəngin artmasına kömək edir. Daha çox ahəng yaradan daha çox mədənidir. Müəyyən qədər az ahəng yaradan az mədənidir. Bu mənim tamamilə əsaslandırdığım fikirdir.

Xalqımızın adət-ənənəsi var. O adət-ənənə daxilində istər ailədə, istər ətrafında daha çox ahəng yaradan qadın daha çox mədənidir. Deyək ki, bir qadın desin ki, mən Amerikada hansısa bir universitet qurtarmışam, ya Moskvada qurtarmışam. Gəlib bir ailə qurub. Bu ailədə insanları təhqir edir ki, siz geri qalmısız, gerizəkalısız”.

Ayşən Vəli