ABŞ-da "YouTube" onlayn videohostinqinin işində problemlər müşahidə olunub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə "Downdetector" portalının səhifəsində bildirib.
Məlumata əsasən, fasilələr barədə məlumat verən istifadəçilərin əksəriyyəti videoya baxmaqda çətinlik çəkir (58 faiz). Digər 23 faiz saytla bağlı problemləri qeyd edir, 18 faiz isə tətbiqin işindən şikayət edir.