12 illik cəzası bitdi, 46 yaşında futbola döndü!

15 Fevral 2022 02:57 (UTC+04:00)

Futboldan 12 il müddətinə uzaqlaşdırılan Françesko Flaki yaşıl meydanlara geri dönüb. SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, A seriyasının “köhnə futbolçular”ından olan Françesko 12 il sonra – 46 yaşında futbola qayıdıb.

O, İtaliyanın 5-ci liqa komandalarından olan “Signa 1914” ilə müqavilə bağlayıb. Karyerası ərzində A Seriyasında 134 oyuna çıxan Flaki 42 qol vurub.

O, 2010-cu ildə narkotikadan istifadəyə görə futboldan uzaqlaşdırılmışdı. Flaki karyerası ərzində “Sampdoriya”, “Empoli”, “Breşiya” kimi komandalarda oynayıb.

Françesko Flaki futbolla öz istəyi ilə vidalaşmaq və məşqçilik karyerasına başlamaq niyyətindədir.