Fərid Qayıbov idmançılarla görüşüb - FOTOLAR

14 Fevral 2022 19:22 (UTC+04:00)

Bu gün gənclər və idman naziri Fərid Qayıbov Pekin Olimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılarımız Vladimir Litvintsev və Yekaterina Ryabova ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, Pekin-2022-də Olimpiya komandamızın missiya rəhbəri Anar Bağırov idmançılar üçün yaradılmış şərait barədə məlumat verib.

Sabah mübarizəyə qoşulacaq idmançımız Yekaterina Ryabovanın hazırlığı ilə maralanan Fərid Qayıbov ona uğurlar arzulayıb.