Tovuzda qış fəslinin gözəllikləri - VİDEO

14 Fevral 2022 14:20 (UTC+04:00)

Tovuz rayonunun Əsrik-Böyükqışlaq ərazisi Azərbaycanın qərb bölgəsində turistlərin ən çox üz tutduğu məkandır. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, burada yay aylarında 40-dan çox istirahət mərkəzi fəaliyyət göstərir. Qış aylarında isə bu ərazidə yalnız 4-5 istirahət mərkəzi fəaliyyət göstərir. İsti yay günlərində yaşıl meşəsi, sərin bulaqları ilə turistləri özünə cəlb edən bu ərazi qış aylarında da ağ örpəyə bürünərək füsunkar gözəlliyə malik olur.

Qonaqlar da həmçinin, bu ərazinin füsunkar gözəlliyindən danışıblar.