COVİD-19 üçün lazım olan dərmanlar APTEKLƏRDƏN NİYƏ YIĞIŞDIRILIB? - NAZİRLİK RƏSMİSİ AÇIQLADI

14 Fevral 2022 14:15 (UTC+04:00)

Aptek reseptlə dərman hazırlayan, hazır dərman və digər tibbi mallar saxlanan və satılan tibbi müəssisədir. Deməli, insanlar lazım olan tibbi vasitələr və dərmanları buradan əldə etməlidirlər. Lakin son vaxtlar apteklərdə COVİD-19-un müalicəsi üçün lazım olan dərmanların yoxa çıxdığı haqda redaksiyamıza çoxsaylı şikayətlər gəlməkdədir. Məsələnin aktuallığını nəzərə alaraq Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan redaksiyamıza bildirdilər ki, bu problem sırf apteklərlə işləyən "AvroMed" və s. kimi şirkətlərlə əlaqədardır.

"AvroMed" şirkəti ilə əlaqə saxladıqda oradan bizə bunlar deyildi: "Depoda dərman olduğu müddətdə əməkdaşlıq edilən bütün apteklərə dərmanlar paylanılır".