Fransalı cütlük ikinci dəfə dünya rekordu qırıb - Pekin-2022

14 Fevral 2022 14:00 (UTC+04:00)

Pekin-2022 Qış Olimpiya Oyunlarında yeni dünya rekordu qeydə alınıb. SİA-nın verdiyi məlumata görə, fransalı fiqurlu konkisürənlərdən ibarət Qabriela Papadakis - Giyom Sizeron dueti buz üzərində rəqsdə 226,98 xala layiq görülərək qızıl medal əldə ediblər.

Əvvəlki dünya rekordu da bu cütlüyə məxsus olub. Konkisürənlər 2019-cu il Yaponiya Qran-prisində 226,61 xal qazanmışdı.

Qeyd edək ki, daha əvvəl Papadakis - Sizeron dueti ritm rəqsində də 90,83 xalla dünya rekordu müəyyənləşdirib.