17 fevral 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə "Qaraciyər transplantasiyasında anesteziya və reanimasiyaya müasir yanaşma-yeni texnologiyaların tətbiqi" mövzusunda həyata keçiriləcək Beynəlxalq Elmi Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 8 DTT balı qazanmışdır.
ZOOM platforması üzərindən onlayn şəkildə həyata keçiriləcək Beynəlxalq Elmi Konfrans proqrama uyğun olaraq cərrah-transplantoloq və anestezioloq-reanimatoloqlar üçün nəzərdə tutulmuşdur.
Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya 8 DTT balı və sertifikat veriləcək.
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
Konfransda iştirak ödənişsizdir. Hərkəs konfransda iştirak üçün dəvətlidir!
Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/YPLp49atEwBorGPFA
Proqramla tanış olmaq üçün link: https://customshospital.az/17-fevral-qaraciyer-transplantasiyasinda-anesteziya-ve-reanimasiyaya-muasir-yanasma-yeni-texnologiyalarin-tetbiqi-movzusunda-beynelxalq-elmi-konfrans/