Bədənində ən çox müğənni döyməsi olan şəxs rekordu qırdı

14 Fevral 2022 12:53 (UTC+04:00)

Şotlandiyalı məşhur sima Nikki Pattersonun reper Eminemə olan həvəsi onu Ginnesin Rekordlar kitabına salıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bədənində Eminemlə əlaqəli 31 döymə olan qadın bədənində ən çox müğənni döyməsi olan şəxs kimi rekordu qırıb.

Nikki Patterson tatuajlara 19 min dollar xərcləyib.

Ayşən Vəli