Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir

14 Fevral 2022 10:21 (UTC+04:00)

Polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 12-də və 13-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 4 ədəd ov tüfəngi götürülüb. Bu barədə DİN Mətbuat Xidmətindən SİA-ya məlumat verilib.

Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 2 silah könüllü olaraq polisə təhvil verilib.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.