Almaniya kansleri Ukraynaya səfər edəcək

14 Fevral 2022 02:06 (UTC+04:00)

Almaniya kansleri Olaf Şolts fevralın 14-də Ukraynaya səfər edəcək.

SİA-nın xəbərinə görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb. Xarici siyasət idarəsinin rəhbəri Dmitri Kuleba bildirib ki, Kiyev kanslerin Moskvadan əvvəl Ukraynaya gəlməsinə pozitiv yanaşır.