Rusiyada 4-ü uşaq olmaqla 6 nəfər yanğında həlak olub

13 Fevral 2022 04:59 (UTC+04:00)

Rusiyanın Yakutiya əyalətində fərdi evdə yanğın baş verib.

SİA RİA Novostiyə istinadən xəbər verir ki, ikimərtəbəli evdə baş verən yanğında 6 nəfər ölüb.

Ümumi sahəsi 70 kvadratmetr olan yanğında ölənlərdən 4-ü uşaqdır.

Yanğına səbəb sobadan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi və ya elektrik naqillərində qısaqapanma göstərilir.