Gürcüstanda ağır qəza – 18 nəfər yaralandı

12 Fevral 2022 23:52 (UTC+04:00)

Gürcüstanın mərkəzində Xaşuri-Surami yolunda mikroavtobus qəzaya uğrayıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, hadisə nəticəsində 18 nəfər xəsarət alıb.

Qəzanın baş vermə səbəbi, Zuqdididən Tbilisiyə gedən sərnişin mikroavtobusu hündürlükdən dərəyə aşması göstərilib. Hadisədə bütün sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar, onlar xəstəxanaya çatdırılıb. Üç nəfərin vəziyyətinin ağır olduğu bildirilib.