Vulkan püskürməsi nəticəsində vulkanik ildırım yaranıb

12 Fevral 2022 14:12 (UTC+04:00)

Dünyanın ən aktiv vulkanlarından biri olan İtaliyadakı Etna cümə axşamı axşam saatlarında püskürüb.

SİA xarici mətbuata istinadən bildirir ki, göydə meydana gələn vulkanik şimşək partlayışı diqqət çəkib. Qeyri-adi təbiət hadisəsinin necə meydana gəldiyi hələ tam başa düşülməyib. Partlayışın cənub-şərq kraterində baş verdiyi, nəticədə kül və tüstünün 8 kilometr hündürlüyə çatdığı bildirilib.