Rəqəmsal platformada yayımlanacaq "Şahmeran" serialı ilə yenidən tamaşaçılarla görüşməyə hazırlaşan məşhur türk aktrisa Serenay Sarıkaya gündüz saatlarında Türkiyənin Etilər adlanan ərazisində görüntülənib.
SİA xarici mətbuata istinadən xəbər verir ki, aktrisa axşam saatlarında yenidən görünəndə müxbirlərə yaxalanmadan keçə bilməyib.
29 yaşlı gözəl aktrisa "Səhərdən axşama həyatımda heç nə dəyişmədi" deyə zarafat edərək maşınına tərəf dönüb. Aktyor “Görüşə çatmalıyam, gecikdim” dedikdən sonra sürətlə uzaqlaşıb. Sarıkayanın geyim tərzi isə diqqət çəkməyi bacarıb.
Ayşən Vəli