Türkiyənin teatr, kino və serial aktyoru Rasim Öztekin ötən ilin martında infarkt nəticəsində xəstəxanada müalicə olunarkən vəfat edib. SİA-nın xarici mətbauta istinadən verdiyi xəbərə görə, Rasim Öztekinin ölümü sənət camaatını və ailəsini şoka salıb.
Atasının ölümündən üzülən Pelin Öztekin sosial media hesabında tez-tez həsrətini çəkir. Rasim Öztekinin son filmi tamaşaçıların görüşünə hazırlaşır. Ustad aktyor ölməzdən əvvəl Birol Güvenin "Rəqəmsal Köləlik" filmində rol alıb.