“Zəngəzur dəhlizin və Ermənistan Azərbaycan arasında kommunikasiyaların açılması labüddür. Bu məsələnin həll olunması dövlətlərimiz arasında imzalanmış üçtərəfli bəyanatlarla təsdiq olunmuşdur. Yəni, dövılət başçıları bu bəyanatlara umza atmaqla öhdəlik götürüblər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.
Onun sözlərinə görə, Azərbaycan Zəngəzur dəhlizinin və kommunikasiyaların açılması ilə əlaqədar öz üzərinə düşən öhdəliyi icra etməkdədir: “Bu dəhlizin tərkib hisəsi olan dəmir və avtomobil yolları Ermənistan sərhəddinə qədər tikintisini aparır. Burda bu məsələni yubadan Ermənistan tərəfidir”.
Deputat sözlərinə belə davam edib: “Ermənistanın özü də 2023-cü ilin sonuna qədər kommunkiasiyaların açılmasına hazır olacaqlarını bildirmişdir. Burdan bir nəticə çıxarmaq olar ki, 2023 ilin sonuna qədər Ermənistan Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası da başa çatacaqdır. Hesab edirəm ki, ölkələr bir-birinin ərazi bütövlüklərini tanımadan kommunikasiyaların açılması çətin məsələdir. Ona görə də ilk növbədə Azərbaycan Ermənistan arasında sülh müqaviləsi imzalanmalı və sonra digər məsələlər icra olunmalıdır. Bu məslələrin sürətləndirilməsi üçün Azərbaycanın əlində kifayət qədər təsir imkanları mövcuddur. Azərbaycan hələki bu vasitələrdən istifadə etmir və proseslərin danışıqlar yolu ilə öz həllini tapmasını gözləyir. Əgər bu baş verməzsə Azərbaycan birtərəfli qaydada Laçın dəhlizini bağlaya və müəyyən etdiyimiz sərhədlərdə mühəndis istehkam qurgularını yaratmaqla öz sərhədimizi möhkəmləndirə bilərik. Çünki, icra olunmasına nəzərdə tutulmuş məsələlər 5 ildə həll olunmazsa, Azərbaycan müqavilələrin icra olunmamasını əsas tutaraq onu qüvvədən düşmüş hesab edərək sülhməramlıların ölkəmizdən çıxmasını tələb edəcək və Laçın dəhlizini birtərəfli qaydada bağalyacaqdır. Ermənistan bütün bunları yaxşı bilir və ona görə də düşünürəm ki, 10 noyabrda imzalnamış üçtərəfli bəyanatın müddəti bitənə qədər bütün məsələlər öz həllini tapacaqdır”.
Ayşən Vəli