Arizonadakı atışmada 2 nəfər ölüb, 9 polis əməkdaşı yaralanıb

12 Fevral 2022 04:56 (UTC+04:00)

ABŞ-ın cənub-qərbindəki Arizona ştatının paytaxtı Feniksdə atışma nəticəsində 9 polis əməkdaşı yaralanıb, atəş açmaqda şübhəli bilinən şəxs və bir qadın həyatını itirib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Feniks şəhəri polis departamentinin rəisi Jeri Williams beş polis əməkdaşının güllə yaraları ilə xəstəxanaya yerləşdirildiyini, onlardan birinin vəziyyətinin ağır, lakin həyati təhlükə olmadığını qeyd edib.

Bildirilir ki, atəş açmaqda şübhəli bilinən şəxs əvvəllərdə xinayət məsuliyyətinə cəlb olunub və bir neçə dəfə mühakimə olunub.