Kanadada narkotik istifadəsindən ölənlərin sayı artıb

12 Fevral 2022 03:54 (UTC+04:00)

2021-ci ildə Kanadanın qərbindəki Britaniya Kolumbiyası ştatında narkotik istifadəsindən ölənlərin sayı Covid-19 səbəbi ilə həyatını itirənlərin sayından daha çox olub.

SİA-nın məlumatına görə, Dövlət Məhkəmə Tibb İnstitutunun rəhbəri Lisa Lapointe bildirib ki, 2020-ci ildə narkotikdən dünyasını dəyişənlərin sayı 1716 nəfər olduqda, bu sayı keçən il (2021) 2224-ə çatıb. Lapointe qeyd edib ki, narkotiklərlə bağlı ölümlər ştatda xərçəngdən sonra ikinci aparıcı ölüm səbəbidir. Lapointenin sözlərinə görə ölkədə narkotik səbəbiylə gündə orta hesabla 6,1 adam həyatını itirir.