Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

12 Fevral 2022 03:39 (UTC+04:00)

Türkiyədə yeni növ koronavirusdan (Covid-19) fevralın 11-də 253 nəfər dünyasını dəyişib.

SİA xəbər verir ki, bir gündə 458 min 142 test edilib. Gündəlik yoluxma sayı 95.065-dir.

Son 24 saatda sağalanların sayı 85.758-dir.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 143 milyon 845 min 934-ə yüksəlib.