“Bayden Rusiya prezidenti ilə telefonla danışmaq istəyir”

12 Fevral 2022 00:23 (UTC+04:00)

ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışmaq istəyir. Lakin hazırda konkret tarix söyləmək mümkün deyil.

SİA-nın xəbərinə görə, bunu ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan mətbuat konfransında deyib.

“Gözləyirik ki, Prezident Bayden Putinlə telefonla danışacaq. Lakin sizə bu dəqiqə heç nə deyə bilmıəyəcəm”, - deyə Sallivan qeyd edib.