Sallivan Ukraynadakı ABŞ vətəndaşlarını ölkəni tərk etməyə çağırıb

12 Fevral 2022 00:01 (UTC+04:00)

ABŞ Prezidenti Co Baydenin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ukraynadakı bütün amerikalıları ölkəni "dərhal tərk etməyə" çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, "Biz bu məsələdə aydın olmaq istəyirik. İstənilən amerikalı mümkün qədər tez və istənilən halda, yaxın 48 saat ərzində Ukraynanı tərk etməlidir", - Sallivan deyib.

"Aydındır ki, gələcəyi proqnozlaşdıra bilmərik. Nə baş verəcəyini dəqiq bilmirik, lakin indi risk kifayət qədər yüksəkdir və təhlükə kifayət qədər anidir", - deyə müşavir vurğulayıb.