ABŞ-da atışma zamanı 9 polis xəsarət alıb

11 Fevral 2022 23:09 (UTC+04:00)

ABŞ-ın Arizona ştatında atışma zamanı 9 polis əməkdaşı xəsarət alıb.

SIA-nın xəbərinə görə, bu barədə “Fox News” kanalı məlumat yayıb.

Hadisə səhər tezdən Finiks şəhərində baş verib. Bir kişi çağırışa gələn polislərə atəş açıb. Şübhəli şəxs atışmada öldürülüb.