"Twitter"in işində dayanmalar müşahidə olunur

11 Fevral 2022 22:33 (UTC+04:00)

Dünyanın bir sıra ölkələrində “Twitter” sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, problemlərlə bağlı şikayətlərin daha çox ABŞ, Kanada, Yaponiyadan daxil olduğu bildirilir.

Həmçinin istifadəçilər "Twitter" mobil əlavəsinə daxil olmaqla çətinliklər yaşadıqlarını qeyd edirlər. Serverə qoşulmada da problemlər müşahidə olunur.

Xatırladaq ki, eyni problemlər Azərbaycanda da qeydə alınıb.