Bakının Nəsimi və Səbail rayonlarında su kəsiləcək

11 Fevral 2022 17:51 (UTC+04:00)

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün axşam saatlarından başlayaraq təmir-bərpa işləri yekunlaşana qədər Bakının Nəsimi və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə SİA-ya "Azərsu" ASC-dən bildirilib.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.