"Azərbaycanla-Ermənistan münasibətində düzəlməsi üçün bir neçə format formalaşıb". Bunu SİA-ya açıqlamasında politoloq Fərhad Məmmədov deyib.
Politoloq Fərhad Məmmədov bildirib ki, Rusiyanın təkidi ilə üçtərəfli format da var: "Keçən ilin sonunda Avropa İttifaqanın prezidenti Şarl Mişelin vasitəçiliyi ilə danışıqlar həyata keçirlmişdir. Ənənəvi olaraq ATƏT-in Minsk qrupunun formatı da var. Düşünmürəm ki, Antalya forumu çərçivəsində xarici işlər nazirləri səviyyəsində iştirak olacaqdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Paşinyan arasında təkbətək görüş də gözlənilir. Görüşdə gündəlik məsələlər Qarabağ və Türkiyə-Ermənistan münasibətləri olacaq. Lakin düşünürəm ki, Ermənistan Qarabağ məsələsində Türkiyə vasitəçiliyini qəbul etməyəcək. Çünki ermənilər Türkiyə ilə Azərbaycanı bir-birindən ayırmırlar. Bu konteksdən baxanda müzakirə ediləcək məsələlər də təkbətək danışıq vacibdir. Antalya diplomatik forumundan əvvəl görüşlər gözlənilir".