ABŞ prezidenti Co Bayden "NBC News"a müsahibə verib. SİA xəbər verir ki, Bayden Rusiya ilə Ukrayna arasında münaqişəsini getdikcə daha kəskin xarakter aldığını bildirib.
"NBC News"-a danışan ABŞ prezidenti Co Bayden bildirib ki, dünən ABŞ Dövlət Departamenti amerikalıların Ukraynaya getməməli və dərhal Ukraynanı tərk etmələri ilə bağlı xəbərdarlıq edib. Tərk etməyə səbəb "Rusiyanın Ukraynaya təcavüz təhlükəsi yenidən artıb".
Bayden qeyd edib ki, ABŞ vətəndaşları indi Ukraynanı tərk etməlidirlər: "Bu, terror təşkilatları ilə qarşılaşmağa bənzəməz, dünyanın ən böyük ordularından biri ilə qarşılaşırıq. Bu, çox fərqli bir vəziyyətdir və işlər sürətlə çılğınlaşa bilər".
"NBC News"-un jurnalistinin "ABŞ əsgərlərini Ukraynaya göndərə bilərmi?" Sualına ABŞ prezidenti belə cavab verib: "Belə bir ssenari yoxdur. Amerikalılar və ruslar bir-birinə atəş açmağa başlasalar, bu, Dünya Müharibəsi olacaq".
ABŞ Dövlət Departamentinin xəbərdarlığında bildirilib ki, “Rusiyanın Ukraynanın hər hansı bir yerində hərbi əməliyyat keçirəcəyi təqdirdə ölkəni tərk etməyə cəhd edəcək ABŞ vətəndaşlarına müntəzəm konsulluq xidmətləri, o cümlədən yardım göstərilməyəcək və bu səbəbdən ABŞ öz vətəndaşlarını evakuasiya edə bilməz”.
Bayden deyib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynaya girəcək qədər ağıllıdır, lakin ABŞ vətəndaşlarına mənfi təsir etməyəcək qədər də ağıllıdır. Ona dedinmi ki, amerikalıların qıra bilməyəcəyi bir xətt var”.
Qönçə Quliyeva