"Erməni vandalları Azərbaycan torpaqlarını tərk edərkən meşələri yandırıb, təbiətə zərər vurdular". Bunu SİA-ya açıqlamasında "Ekoloq-Jurnalistlər" İB sədri Cəmşid Quliyev bildirib.
C.Quliyev qeyd edib ki, ermənilərin Qarabağda törətdikləri vandalizm orda ətraf mühitə dəyən zərərin miqyasını təsəvvür etmən üçün kifayətdir: "Erməni vandalları 30 il ərzində Qarabağın flora və faunasına qəsd edib. Zərərin bərpa olması üçün təbiətin dincliyə ehtiyacı var. Eyni zamanda bizdə təbiətin yenidən özünə qayıtması üçün təkanlar verməliyik. Kəsilmiş ağaclar yeninə yeni fidanlar əkilməlidir. Bu proseslərdə təbii ki, həm uzun müddət tələb edir, həm də birlik olmaq vacibdir".